“Gelandewagen” sürücüsü 65 yaşlı kişini vurub sümüklərini sındırdı

Yol qəzaları 08 Dekabr 2021 | 10:38
OXUNUB: 448

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Nizami küçəsi ilə Puşkin küçəsinin kəsişməsində yolu keçən 1956-cı il təvəllüdlü Hüseynov Abdulmanaf Əhməd oğlunu “Gelandewagen” markalı avtomobil vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı və bədənin müştərək travması diaqnozları qoyulub.

Qeyd edək ki, nəqliyyat vasitəsi paytaxtdakı avtomobil icarə şirkətlərindən birinə məxsusdur.

Hadisənin təfərrüatı araşdırılır. ("Report")

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man