Bakıda qəza törədən həkimin məhkəməsi başlayır

Yol qəzaları 23 Noyabr 2021 | 10:06
OXUNUB: 625

Bakıda ölümlə nəticələnən yol-nəqiyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əlizadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Avtosfer.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə bu il martın 11-də Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Əlizadə Emil Firdovsi oğlunun idarə etdiyi 99-UZ-598 dövlət nömrə nişanlı BMW markalı avtomobil Rəşid İsmayılov küçəsində idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə avtomobildə olan sərnişin - Cəlilabad rayon sakini, 1994-cü il təvəllüdlü Şahin Mədətov hadisə yerində ölüb.

Sürücü və digər sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, E.Əlizadə xəstəxanaların birində həkim işləyir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man