Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin çıxışında qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik maşını idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Qəza zamanı iki nəfər - 1 qadın, 1 kişi yüngül bədən xəsarətləri alıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya avtomobilin təkərinin partlaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man