Bu gün səhər saatlarında Şəki şəhəri Salman Mümtaz küçəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Baş Küngüt kənd sakini Arif Ağammədov idarə etdiyi VAZ-2103 markalı avtomobillə yolu keçən piyada Rasif Abdullayevi vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man