Rusiyanın Nijeqorod vilayətində içərisində 35 nəfərin olduğu avtobus aşıb.
Bu barədə Avtosfer.az “Qafqazinfo”-ya istinadən xəbər verir.
Məlumata görə, hadisə yerli vaxtla səhər saat 06:10-da (Bakı vaxtı ilə 07:10-da-red.) Nijni Novqorod – İvanovo yolunun 333-cü kilometrliyində baş verib. Yol şəraitini nəzərə almayan sürücü idarəetməni itirərək yol kənarına çıxıb və aşıb.
Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 13 sərnişin yüngül və orta dərəcəli xəsarətlər alıb, ölən yoxdur. Xəsarət alanlar arasında uşaq olmayıb. Qalan sərnişinlərin tibbi yardıma ehtiyacı yoxdur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man