Abşeron rayonunun Xırdalan şəhərində yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hələlik sürücüsü məlum olmayan şəxs idarə etdiyi “Hyundai” markalı avtomobillə əvvəlcə yol kənarında dayanan “Toyota”, daha sonra “Peguet” markalı nəqliyyat vasitələrinə çırpılıb. Zərbənin gücündən “Toyota” ağaca çırpılıb. Qəza nəticəsində “Hyundai”da olan bir sərnişin xəsarət alıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man