Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, hadisə aeroport şosesindəki körpünün üzərində baş verib.
Natiq Əzimov idarə etdiyi “Vaz-21015” markalı avtomobillə hərəkətdə olan zaman nəqliyyat vasitəsini eyni istiqamətdə gedən Pərviz İbadova məxsus “Kia” markalı maşına çırpıb. Qəza nəticəsində hər iki sürücü və “Vaz-21015”də olan sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməldaşları cəlb edilib.
Qəzaya uğrayan avtomobillər cərimə meydançasına yerləşdirilib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man