Bakıda yol qəzası zamanı ölən piyadanın yaxınları axtarılır - FOTO

Yol qəzaları 13 Noyabr 2021 | 12:49
OXUNUB: 620

Bak-Mərdəkan şossesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində “Vaz 21015” markalı şəxsiyyəti istintaqa məlum olan avtomobiliin sürücüsü yolu keçən 45-50 yaşlarında kişini vurub.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, hadisə zamanı piyada dünyasını dəyişib.

Aparılan araşdırmalar zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72- 03, (012)- 456-03-02, (055) – 359-21-35 və (050) – 717- 07- 67 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man