Balakəndə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə Balakən şəhər ərazisində, “Konserv dairəsi” adlanan ərazidə qeydə alınıb. Belə ki, Balakən rayonu Talalar kənd sakini Əhməd Qərzəliyevin idarə etdiyi “VAZ-21011” minik avtomobili ilə Hənifə kənd sakini Kamran Uzunovun idarə etdiyi “VAZ-21011” markalı avtomobil toqquşub.
Qəza zamanı hər iki avtomobilin sürücüləri və Ə. Qərzəliyevin idarə etdiyi avtomobildə olan sərnişin Sərxan Ustayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
APA
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man