Sərxoş sürücülər 6 nəfərin ölümünə səbəb olub

Yol qəzaları 10 Noyabr 2021 | 16:13
OXUNUB: 553

Azərbaycanda 2021-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 15 hadisə baş verib.

Avtosfer.az-ın məlumatına görə, baş vermiş qəzalar nəticəsində 6 nəfər həlak olub, 16 nəfər yaralanıb. Hadisələrin 73,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Ümumilikdə qeyd olunan müddət ərzində 2021-ci ilin yanvar-sentyabr aylarında 1171 və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,3 faiz artaraq 1547 nəfər olub. Onlardan 504-ü həlak olub, 1043-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 40,0 faizi gecə, 18,3 faizi isə toran vaxtı baş vermiş, 28,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man