Cəlilabadda ağır qəza: Ölən və xəsarət alan var

Yol qəzaları 09 Noyabr 2021 | 12:35
OXUNUB: 4518

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, VAZ-2121 markalı avtomobillə “Ford” markalı avtomobil toqquşub. Nəticədə “Niva”da olan rayonun Alar kənd sakini, 1995-ci il təvəllüdlü Əlizadə Adəm Ehtiram oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumata görə, həkimlərin səyinə baxmayaraq, A.Əlizadənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man