Hadisə İsveçrənin Arau şəhərində baş verib
Lent.az-ın İsveçrə mətbuatına istinadla xəbərinə görə, 80 yaşlı sürücü avtomobili park etmək istəyərkən qaz və əyləcin yerini səhv salıb.
Nəticədə avtomobil yol dairəsinə, ardınca da digər avtomobilə çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi kənara atılaraq ticarət mərkəzinin şüşələrinə dəydikdən sonra dayana bilib. Polis təqaüdçü qadının vəsiqəsini ləğv edib
Qeyd edək ki, bu, Konfederasiyada bazar günü baş vermiş üçüncü analoji qəzadır. Hər 3 qəzanı pensiyaçı qadınlar törədib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man