Yevlaxda avtomobil aşıb, bir ailənin 3 üzvü yaralanıb

Yol qəzaları 08 Noyabr 2021 | 13:34
OXUNUB: 424

Bakı-Qazax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə magistralın Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 2 minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən biri idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı avtomobildə olan bir ailənin 3 üzvü - 2004-cü il təvəllüdlü Araz Əkbər oğlu Abdullayev, 1983-cü il təvəllüdlü Saygül Heybət qızı Abdullayeva və 1974-cü il təvəllüdlü Əkbər Abdullayev müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıblar.

Onların vəziyyətinin kafi və qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man