Fransanın şimalında qatar bir qrup miqrantı vurub

Yol qəzaları 05 Noyabr 2021 | 22:16
OXUNUB: 243

Fransanın Kale şəhərində elektrik qatarı bir qrup miqrantı vurub.

APA xəbər verir ki, bu barədə O-de-Frans regionu Şurasının nəqliyyat infrastrukturunun inkişafı üzrə vitse-prezidenti Frank Deren "Twitter"də yazıb.

F.Deren bildirib ki, hadisə yerli vaxtla saat 18:30-da dəmir yolunun “Bo Mare” kvartalından keçən hissəsində baş verib: “Hadisə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır”.

Vitse-prezident miqrantların Eritreyadan olduğunu yazıb: “Miqrantlar yağışda dəmir yolu üzərində gəzərkən əlverişsiz hava şəraiti səbəbindən görmə məhdudiyyəti yaranıb və yaxınlaşan qatarı görməyiblər. Qatarda 17 sərnişin olub. Hadisə ilə bağlı Dunkerk və Kale arasında qatarların hərəkəti dayandırılıb. Qatarların hərəkət qrafikinin bərpası cümə günü səhər gözlənilir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man