Rusiyanın İrkutsk şəhərində ötən gün qəzaya uğrayan An-12 təyyarəsində neçə nəfərin olduğu məlum olub.
Ölkə.Az “Sputnik”ə istinadla xəbər verir ki, təyyarənin göyərtəsində 7 heyət üzvü və digər 2 nəfər olub.
Şərqi Sibir Nəqliyyat Prokurorluğundan verilən açıqlamada təyyarəyə məxsus 2 qara qutunun da tapıldığı bildirilib. Açıqlamada ümumilikdə 6 nəfərin cəsədinin və 4 bədən hissəsinin tapıldığı deyilib.
Qeyd edək ki, ötən gün Belarusun “Qrodno” aviaşirkətinə məxsus təyyarə İrkutsk səmalarında olarkən qəzaya uğramışdı. Qəzaya uğrayan təyyarədə Rusiya, Belarus və Ukrayna vətəndaşları olub.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man