Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi avtobus dayanacağına çırpılıb.
Hadisə zamanı orada olan 1977-ci il təvəllüdlü Çoban Heydərov və 1999-cu il təvəllüdlü Pərviz İsmayılov xəsarət alıblar. Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxu.Az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man