Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 3-də rayonun Qobu qəsəbəsi, S.Vurğun küçəsində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Rufan Qarayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə küçədə hərəkətdə olan piyada, 1976-cı il təvəllüdlü Zülfüqar İmranovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man