Bərdədə yük maşını piyadanı vurub.
APA-nin əldə etdiyi məlumata görə, Hadisə Ağdam-Bərdə yolunun şəhərdən keçən hissəsində qeydə alınıb.
Qəza, piyada, 1964-cü il təvəllüdlü Əliyev Natiq Xəlil oğlu yolu keçərkən baş verib. "Şaqman" markalı yük maşını tərəfindən vurulan yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qapalı kəllə-beyin travması alan şəxsin vəziyyətinin ağır olduğu deyilir.
Faktla bağlı araşdırma başlanıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man