Avtomobilin vurduğu piyada əks tərəfdən gələn maşına çırpıldı

Yol qəzaları 29 Oktyabr 2021 | 14:29
OXUNUB: 764

Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, hadisə ötən gün saat 18:00 radələrində Sabunçu rayonu, B.Bünyatov küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü İsayev Qabil Oruc oğlu idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 1973-cü il təvəllüdlü piyada Əliyeva Afət Firudin qızını vurub. Piyada aldığı zərbə nəticəsində yolun əks istiqamətinə düşüb və həmin istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Quliyev Samir Sabir oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobilə dəyib.

Hadisə zamanı ölən şəxs yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçməyə cəhd edib. Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man