Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, hadisə Sivas-Malatya yolunda, Kanqal rayonun girişində baş verib.
Bildirlib ki, yağışlı hava şəraiti nəticəsində sürüşən avtobus nəzarətdən çıxaraq aşıb.
Qəza zamanı avtobusda olan 67 yaşlı həkim Hasan Hüseyn Saltık vəfat edib. Xəsarət alan 24 nəfər təcili tibbi yardım maşınları ilə rayon xəstəxanasına çatdırılıb.
Avtobusdakı şəxslərin səhiyyə işçiləri olduğu və onların Samsundan cənub-şərq vilayətlərinə səfər etdikləri məlum olub.
Publika.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man