İmişlidə baş verən qəzada 21 yaşlı qadın kəllə-beyin travması alıb.
Avtosfer.az xəbər verir ki, hadisə İmişli-Biləsuvar yolunda baş verib.
"VAZ 21015" markalı avtomobil "KamAZ" markalı avtomobillə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişin, İmişlinin Xəlifəli kənd sakini, 2000-ci ildə anadan olmuş Nurullayeva Gültəkin Namazəli qızı kəllə-beyin travması alıb. Yaralı Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.///lent.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man