Bakıda yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 16-da saat 7 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini A.Qədirov vurulub. A.Qədirov xəstəxanaya müraciət etməyib.
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KIA” markalı avtomobilin sürücüsü, Şəki rayon sakini X.Gülüyev müəyyən edilərək saxlanılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man