Bakının Nizami rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində Neftçilər metrosunun yaxınlığında qeydə alınıb.
Taksi fəaliyyəti ilə məşğul olan “Toyota” markalı avtomobilin sürücüsü eyni istiqamətdə hərəkətdə olan “Ford” markalı yük maşınına çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücü yüngül xəsarət alıb.
Əraziyə çağırılan təcili tibbi yardım briqadası hadisə yerində sürücüyə ilkin tibbi yardım göstəriblər.
Avtomobillər evakuasiya edilib. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya “Toyota”nın sürücüsünün sükan arxasında yuxulaması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man