Yüngül mühərrikli təyyarə qəzaya uğrayıb - iki nəfər həlak olub

Yol qəzaları 24 Oktyabr 2021 | 19:37
OXUNUB: 1563

Rusiyada yüngül mühərrikli təyyarə Moskva vilayətinin Ruza yaxınlığındakı bir kənddə qəzaya uğrayıb.

Bu barədə "112" Telegram kanalı məlumat yayıb.

Məlumata görə, qəzaya uğrayan hava gəmisinin göyərtəsində pilot Yuri Samoxvalov və bir sərnişin olub.

Təyyarə yerə çırpılıb, nəticədə təyyarədəki hər iki şəxs ölüb.

Təyyarənin aerodromdan havaya qalxdığı və demək olar ki, dərhal yerə düşdüyü qeyd olunur.

Fövqəladə Hallar Nazirliyi təyyarənin “Aeroklassika” klubunun ərazisində qəzaya uğradığını bildirib. Bundan sonra beş kvadratmetr sahədə yanğın baş verib.

Hazırda hadisə yerində əməliyyatçılar işləyir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man