Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxaraq bir neçə metr kənara düşüb.
Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man