Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonda yerləşən şadlıq sarayların birinin qarşısında qeydə alınıb.
Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü İsmayılov Furiddin, 1970-ci il təvəllüdlü Məmmədov Altay və bir nəfər də Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man