Sumqayıtda avtomobilin vurduğu 60 yaşlı qadın ölüb, uşağın ayağı sınıb

Yol qəzaları 10 Oktyabr 2021 | 15:58
OXUNUB: 951

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Niyazi küçəsində qeydə alınıb.
Belə ki, 10 KV 042 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Qiyamət Ağayev yolu keçən piyada 1961-ci il təvəllüdlü Şabanova Zərifə Qədir qızını vurub. 60 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Qadının yanında olan azyaşlı uşağın isə ayağı sınıb və o, xəstəxanaya aparılıb.
Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.///apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man