Şəkidə yük maşını aşıb.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə oktyabrın 7-dən 8-ə keçən gecə Şəki-Qax avtomobil yolunun 6-cı kilometrliyində, Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.
1990-cı il təvəllüdlü Bakı şəhər sakini Alim Babaş oğlu Xələfovun idarə etdiyi “Shacman” markalı, 99 BL 468 dövlət nömrə nişanlı iritutumlu yük maşını idarəetmənin itməsi səbəbindən yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A. Xələfov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man