Bakıda "BakuBus" avtobusu piyadanı vuraraq öldürüb - FOTO

Yol qəzaları 04 Oktyabr 2021 | 23:00
OXUNUB: 1620

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Hadisə Bakı Dairəvi yolunun Yeni Yasamal yaşayış massivi ərazisinə düşən hissəsində baş verib.

211 nömrəli marşrut xətti üzrə hərəkət edən "Iveco" markalı sərnişin avtobusunun qarşısına qəfildən piyada çıxıb. Sürücü idarəetməni itirərək piyadanı vurub. Nəticədə 30-35 yaşlı kişi hadisə yerində keçinib. Avtobusda olan sərnişinlər təxliyə edilib.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.

Baş vermiş hadisə ilə bağlı BNA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, 211 nömrəli marşrut xətti üzrə avtobus hərəkətdə olan zaman bir nəfər piyada müəyyən olunmayan yerdən keçərkən qəfildən avtobusun qarşısına çıxıb. Hadisə nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alan olmasa da piyada, təəssüf ki, həyatını itirib: "Bir daha piyadalara müraciət edərək bildirmək istərdim ki, piyada keçidi olmayan yerdə, sürət həddi yüksək olan yollarda son dərəcə diqqətli olsunlar".///apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man