Gəncə sakini yanıq xəsarətləri alıb.
Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Bəbişov Elmir Azər oğlu vanna otağında olarkən qaz partlayıb. Ağır yanıq xəsarəti alan gənc dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan onun Bakıda yerləşən xəstəxanaların birinə aparılması nəzərdə tutulub.
Hadisənin səbəbi araşdırılır.///apa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man