Dövlət qurumuna məxsus avtomobil keçmiş polisi vurub xəstəxanalıq etdi

Yol qəzaları 27 Sentyabr 2021 | 15:55
OXUNUB: 500

Mingəçevirdə Avtomobil Yollarının Mühafizə Xidməti MMC-yə məxsus avtomobil keçmiş mühafizə polisi əməkdaşını vurub.

Avtosfer.az-ın Unikal.org-a istinadən məlumatına görə, hadisə Sənaye Parkının yaxınlığından keçən prospektdə qeydə alınıb. Yolların mühafizə idarəsinə məxsus dövlət nömrə nişanlı Niva markalı avtomobili yolu müəyyən olunmamış yerdən keçən 58 yaşlı şəhər sakini Qasım Qasımovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Qasım Qasımov Mühafizə polisinin sabiq əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man