Gəncədə piyadanın vurulması ilə nəticələn ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin Nizami məqbərəsinin yanında qeydə alınıb.
Hərəkətdə olan minik maşını yolun kənarında olan iki nəfəri - 1982-ci il təvəllüdlü Usubov Elxan Səfər oğlunu və Azər adlı şəxsi vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, vurulan piyadalar avtomobilərinin nasaz olması səbəbindən yol kənarında maşını təmir edirmiş.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man