Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var

Yol qəzaları 23 Sentyabr 2021 | 17:00
OXUNUB: 445

Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü İmişli rayon sakini, 57 yaşlı Rüstəmov Faiq Şəmil oğlu Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq, təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man