Ağdam rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Yol qəzasında 1991-ci il təvəllüdlü Qurbanov Mərhəmət Hidayət oğlu ağır xəsarətlər alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması və sağ körpücük sümüyün sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man