Rusiyanın Novosibirsk vilayətində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Yerli vaxtla səhər 6-da Dimitrov prospekti ilə Dəmiryol Stansiyasına doğru hərəkətdə olan “Volkswagen Polo” markal avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.
Zərbənin gücündən maşın yanmağa başlayıb. Sürücü və avtomobildə olan digər 2 sərnişin sıxılı vəziyyətdə olduqlarından maşında çıxa bilməyiblər. Hər üçü diri-diri yanaraq faciəli şəkildə ölüblər.
İlkin məlumata görə, yağış yağması nəticəsində yolun sürüşkənliyi nəticəsində avtomobil idarəetmədən çıxıb.
///lent.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man