Azərbaycanda dəhşətli qəza: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Yol qəzaları 18 Sentyabr 2021 | 11:49
OXUNUB: 635

Gəncə şəhərində dəhşətli hadisə baş verib.

Avtosfer.az-ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub.

Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov açıqlamasında bildirib ki, hadisə sentyabrın 13-dən 14-nə keçən gecə baş verib:

“Şəhər sakini Telman Həsənov idarə etdiyi VAZ-21723 markalı avtomobillə Gəncə şəhəri, Ətdarlar küçəsində hərəkətdə olan zaman idarəetməni itirib. O, avtomobili yeni inşa edilən “Kolxoz” bazarının dəmir hasarlarına vurduqdan sonra nəqliyyat vasitəsi həmin bazarın gözətçilər üçün nəzərdə tutulmuş otağına çırpılıb.

Nəticədə gözətçi işləyən 2000-ci il təvəllüdlü Əli Əsgərov və 1996-cı il təvəllüdlü Rəşad Əliyev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər”.

O qeyd edib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Tədqiqat İdarəsində araşdırma aparılır. 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man