Şirvanda fəhlə başına kranın dəmir qarmağının dəyməsi nəticəsində ölüb  - YENİLƏNİB - FOTO

Yol qəzaları 17 Sentyabr 2021 | 18:14
OXUNUB: 1373

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə Şirvan şəhərinin “Qarasu” OYL şirkətinin podratçı təşkilatı olan “İlkin-N” firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğlu fəhlə işlədiyi “İlkin-N” firmasının sexində başına sex kranının dəmir qarmağı dəyib. Nəticədə fəhlə aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb. Meyit Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzində müayinə olunduqdan sonra aidiyyatı üzrə təhvil verilib.
Hadisə yerinə Şirvan prokuroluğunun əməkdaşları tərəfindən baxış keçirilib.

Faktla bağlı Şirvan prokuroluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

14.14

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə Şirvan şəhərində baş verib. 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğlu işlədiyi müəssisədə başına qaldırıcı kranın dəmir lingi dəyməsi nəticəsində hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man