Rusiyanın Saratov vilayətində biri uşaq olmaqla, 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, Puqaçov-Perelyub avtomagistralının 2-ci kilometrində “Lada Granta” markalı avtomobillə “KamAZ” markalı yük avtomobili toqquşub.
Hadisə nəticəsində, minik maşının sürücüsü, 2014-cü il təvəllüdlü uşaq olmaqla 2 sərnişin hadisə yerində dünyasını dəyişib.
Regional Yol Polisi İdarəsindən bildirilib ki, hadisənin başvermə səbəbləri aydınlaşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man