Abşeronda sərnişin avtobusundan yıxılan qadın ağır xəsarət alıb

Yol qəzaları 06 Sentyabr 2021 | 00:26
OXUNUB: 2718

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

135 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayancaqda olarkən, sərnişin 1977-ci il təvəllüdlü İsayeva Vüsalə Zöhrab qızı avtobusundan düşərkən ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona beyin qansızması diaqnozu qoyulub.

Qeyd edək ki, zərərçəkmişin qızı L.İsayeva hasidəylə bağlı məlumatı "Report"a təsdiqləyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man