Misirdə dəhşətli qəza - Səkkiz ölü, 38 yaralı

Yol qəzaları 05 Sentyabr 2021 | 16:32
OXUNUB: 984

Misirin Şarm Əl-Şeyx kurort şəhərindən paytaxt Qahirəyə hərəkət edən avtobusun aşması nəticəsində azı səkkiz sərnişinin həlak olduğu, 38 nəfərin isə yaralandığı bildirilir.

Ağır yol qəzası barədə xəbəri “Əl Əhram” qəzeti yayıb.

Bildirilib ki, bazar günü daxili turistləri Şarm Əl-Şeyxdən paytaxta aparan avtobus Qahirə-Süveyş magistral yolunda qəzaya uğrayıb.

Hadisə yerinə 30 təcili tibbi yardım briqadası göndərilib. Yaralılar Süveyş Mərkəzi Xəstəxanasına çatdırılıb.

Süveyş vilayətinin prokurorluğu insidentlə bağlı cinayət işi açıb.///qafqazinfo

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man