Misirdə ağır yol qəzasında 12 nəfər ölüb, 40-a yaxın insan xəsarət alıb

Yol qəzaları 05 Sentyabr 2021 | 09:00
OXUNUB: 1496

 

Misirdə ağır yol qəzası olub.

“Report” xəbər verir ki, bu barədə “Al-Masry Al-Youm” portalı məlumat yayıb.

Məlumata görə, hadisə Qahirə-Süveyş magistral yolunda baş verib. Qahirədən Şarm-əş-Şeyx istiqamətində hərəkət edən sərnişin avtobusunun açması nəticəsində 12 nəfər həlak olub, daha 38 nəfər xəsarət alıb.

Hadisə yerinə 30-a yaxın təcili tibbi yardım maşını cəlb edilib. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bir neçəsi ağır vəziyyətdədir.

Qeyd edilir ki, ölənlərdən 2-si uşaqdır. Qəzanın başvermə səbəbi məlum deyil.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man