Meksikanın şimalındakı Sonora ştatının Sonoyta-San-Luis-Rio-Kolorado magistral yolunda sərnişin avtobusu yük maşını ilə toqquşub.
Bu barədə regionun prokurorluğu tvitterdəki hesabında bildirib.
Məlumata görə, qəza zamanı 16 nəfər həlak olub, daha 22 nəfər müxtəlif xəsarətlər alıb.
"Hazırda 22 nəfərin zərər çəkməsi məlumdur, onlardan 6-sı ağır vəziyyətdədir və 16 nəfər həlak olub. Xilasedici əməliyyat davam edir”, - paylaşımda deyilir.
Faciənin mümkün səbəbləri haqqında məlumatlar verilmir.
Prokurorluğun əməkdaşları avtomobil qəzasının başvermə şəraitini araşdırmağa başlayıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man