Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var - YENİLƏNİB - FOTO

Yol qəzaları 31 Avqust 2021 | 11:32
OXUNUB: 528

Şəkidə baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.

APA-nın məlumatına görə, "Lada Priora" markalı avtomobilin aşması nəticəsində sürücü - Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Polad Allahverdi oğlu Ağakişiyev və avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1989-cu il təvəllüdlü Arzu Malik qızı Ağakişiyeva xəsarət alıb. Xəsarət alanlar Şəki RMX-yə yerləşdirilib.

10:50

Şəkidə minik avtomobili aşıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəkinin Oraban kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man