Bakıda ana və 6 aylıq körpəsini avtomobil vurub

Yol qəzaları 30 Avqust 2021 | 08:27
OXUNUB: 556

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mövsümova Urfanə Əmir qızı və onun azyaşlı övladı, 2021-ci il təvəllüdlü Mövsümova Zeynəbxanım Məşəl qızını vurub. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı U.Mövsümovaya qapalı kəllə-beyin travması, Z.Mövsümovaya isə əl və ayaq sümüklərinin sınıqları diaqnozları qoyulub.

Qeyd edək ki, hadisəyə səbəb iki avtomobilin toqquşması olub. Qəzaya uğrayan avtomobillərdən biri idarəetmədən çıxaraq, yol kənarındakı piyadaları vurub.

Hadisənin təfərrüatı araşdırılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man