Bakıda zəncirvari qəza:"VAZ" "Mercedes"i vurdu, 3 maşın bir-birinə girdi - FOTO

Yol qəzaları 30 Avqust 2021 | 08:00
OXUNUB: 1428

Bakının Nərimanov rayonunda yol qəzası zamanı üç nəfər xəsarət alıb, bir nəfər ölüb.

Hadisə Ziya Bünyadov prospektində baş verib.

“VAZ 2104” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “VAZ 2104”də olan sürücü Talıbov Telman Balaxan oğlu ağır xəsarət alıb. Onun sərnişini isə hadisə yerində keçinib.

Baş vermiş qəza digər avtomobillərin toqquşmasına səbəb olub. Qəza nəticəsində yerə mühərrik yağı dağıldığı üçün həmin ərazidən keçən motosiklet sürücüsü sürüşərək aşıb və xəsarət alıb. Eyni zamanda motosikletə maddi ziyan dəyib.

Eyni istiqamətdə gələn “Toyota”, BMW və “Hyundai” ard-arda bir birinə çırpılıb.

Mənbə: APA

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man