Yevlaxda xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb.
APA-nın məlumatına görə, Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.
"VAZ" və "Ford" markalı minik maşınları yanacaq daşıyan yük avtomobili ilə toqquşub. Qəza nəticəsində Bakı sakini olan 1942-ci il təvəllüdlü Bəxtiyar Rəcəbov və onun həyat yoldaşı 1949-cu il təvəllüdlü Şərqiyə Rəcəbova ağır xəsarət alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra vəziyyətləri ağır olduğundan hər ikisi Gəncə Beynəlxalq Xəstəxanasına göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man