Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Göyçay sakini, 1981-ci il təvəllüdlü Mehdiyev Zaur Nurəddin oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil dəmir səddə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - Göyçay sakinləri, 1973-cü il təvəllüdlü Mehdiyeva Arifə Nurəddin qızı, 1947-ci il təvəllüdlü Mehdiyeva Mehriban Nizam qızı və sürücü müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man