Meksikada Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb - YENİLƏNİB

Yol qəzaları 26 Avqust 2021 | 10:10
OXUNUB: 902

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterin İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Bu barədə Report xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi helikopter 50 metr səmaya qalxdıqdan az sonra sonra yerə düşüb. Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan biri Verakruz əyalətinin daxili işlər naziri Erik Kisnerosdur. Onun vəziyyəti sabit qiymətləndirilir.

Məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Pilot fırtına səbəbindən helikopterə idarəetməni itirib.

25.08.2020 23:58

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter İdalqo əyalətinin Aqua Blanka bölgəsində qəzaya uğrayıb.

Helikopterin göyərtəsində olan qonşu Verakruz əyalətinin daxili işlər naziri Erik Kisneros xəsarət alıb.

Əyalət xəstəxanasına yerləşdirilən nazirin vəziyyəti sabit qiymətləndirilir.

Hadisə yerindən çəkilmiş fotolar helikopterin quyruq hissəsinin tamamilə çökdüyünü, gövdəsinin zədələndiyini göstərir.///report

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man