İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə rayonun "Günəşli" yaşayış massivində hərəkətdə olan 99-BR-278 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı sərnişin mikroavtobusunun mühərrik hissəsində qısa qapanma zamanı baş verən yanğın avtomobilin salonuna keçib.
Avtomobil tamamilə yanaraq yararsız hala düşüb.
Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man