Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.
Belə ki, “Priora” markalı minik avtomobili “Hyundai” markalı maşınla toqquşub.
Qəza zamanı rayon sakinləri Hüseynov Aqil Əjdər oğlu və Sadıqov Elman Saleh oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Xəsarət alanlarda A.Hüseynovun vəziyyəti ağır olduğu üçün əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.///qafqazinfo
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man